...

Minsk Qrupunun həmsədrləri özlərini çətin vəziyyətdə qoyublar – Azərbaycanın XİN başçısının müavini (video)

Siyasət Materials 15 Mart 2008 15:10 (UTC +04:00)
Minsk Qrupunun həmsədrləri özlərini çətin vəziyyətdə qoyublar – Azərbaycanın XİN başçısının müavini (video)

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir S.Ağayeva / Rəsmi Bakı hesab edir ki, Azərbaycan tərəfindən BMT Baş Assambleyasına təqdim olunan "Azərbayanın işğal olunmuş ərazilərində vəziyyətə haqqında" Qətnamə layihəsinə qarşı çıxış etməklə, həmsədrlər özlərini çox çətin vəziyyətdə qoyublar. Bu barədə bu gün jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

BMT Baş Assambleyası cümə günü Azərbaycan tərəfindən BMT Baş Assambleyasına təqdim olunan "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" Qətnamə layihəsini təsdiq edib.

BMT-dəki mənbədən verilən məlumata görə, 39 dövlət Qətnamənin "lehinə", 7 dövlət "əleyhinə" səs verib, qrumun 100 üzvü isə, bitərəf mövqedən çıxış edib.

Qətnamədə "Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ona bitişik ərazilər ətrafında silahlı münaqişənin beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yaratmaqda davam etməsi" və Cənubi Qafqaz ölkələrində humanitar vəziyyətə mənfi təsir etməsinə dair ciddi narahatlıq ifadə olunur.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Baş Assambleya üzv dövlətləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyni beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dəstəkləməyə və hörmət etməyə çağırır. "Baş Assambleya yenidən bəyan edir ki, heç bir dövlət Azərbaycan Respublikası ərazilərinin işğalı nəticəsində yaranan vəziyyəti qanuni qəbul etməməli və bu vəziyyətin qorunub saxlanmasına yardım göstərməməlidir" - deyə qəbul olunan sənəddə bildirilr. Orada "Ermənistan Silahlı Qüvvlərinin Azərbaycan Respublikasının işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması" qeyd olunur."Həmsədrlər neçə illərdir ki, vədlər verməklə məşğuldurlar və verdikləri vədlərin üzərində durmurlar", - deyə Əzimov bildirib. Onun sözlərinə görə, həmsədrlər siyasi oyunların iştirakçılarıdırlar. Bu onların təmsil etdiyi ölkələrin mövqeyi ilə üst-üstə düşmür. Onların hər birinin regionda öz maraqları var.Azərbaycanın "Azərbayanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" Qətnamə layihəsini dəstəkləməklə əlaqədar müraciət etdiyi bəzi ölkələr açıq şəkildə bildiriblər ki, Rusiya onlara təzyiq göstərir ki, BMT Baş Assambleyasında Qətnamənin müzakirəsi zamanı Azərbaycanın mövqeyinə qarış çıxış etsinlər. Əzimovun fikrincə, hazırkı formatda Minsk Qrupu effektivliyini itirdi. "Minsk Qrupuna Türkiyə və Almaniya kimi ölkələr də daxildir ki, onlar münaqişə üzrə daha sağlam mövqeyə malikdirlər", - deyə o bildirib.

Əzimov Dağlıq Qarabağın statusu və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı həmsədrlərin ziddiyətli bəyanatlarından narahat olduğunu da bildirib. "Öz müqəddaratını təyin etmə prinsipi dövlətin ərazi bütövlüyü prinsipində dəyişikliyə səbəb olmamalıdır", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti