...

İlham Əliyev Yunanıstanın Milli bayramı münasibəti ilə prezident Karolos Papuliası təbrik edib

Siyasət Materials 24 Mart 2008 23:02 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Yunanıstanın Müstəqillik günü münasibəti ilə bu ölkənin prezidenti Karolos Papuliaııa təbrik məktubu ünvanlayıb.

"Hörmətli cənab prezident, ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Yunanıstan dövlətlərarası münasibətləri bundan sonra da dostluq əlaqələrimizin, qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsi üçün geniş meydan açacaqdır. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram" - deyə məktubda bildirilir.

Xəbər lenti

Xəbər lenti