Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir S.İlhamqızı/ Bu ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkisi ilə əlaqədar xarici ölkələrdə, ölkə daxilində həbsxanalarda, hərbi hissələrdə, həmçinin Azərbaycan bayrağı altında üzən gəmilərdə seçki məntəqələri yaradılacaq. Bu barədə Trend a Mərkəzi Seçki Komissiyasından məlumat verilib.
Hər bir seçkidə Azərbaycanın səfirliyi olan xarici ölkələrdə səfirliyin binasında seçki məntəqələri yaradılır və bu ölkələrdə yaşayan azərbaycanlılar səsvermədə iştirak edirlər.
Azərbaycanın 55-ə yaxın ölkədə səfirliyi, konsulluq və diplomatik nümayəndəliyi fəaliyyət göstərir.
Təcridxanalarda, hərbi hissələrdə olan vətəndaşların da səsvermədə iştirakı təmin olunacaq.
MSK-dan bildirilib ki, səsvermə günü üzən gəmilərdə olan Azərbaycan vətəndaşlarının da səs verməsi üçün həmin gəmilərdə məntəqələr yaradılacaq.