...

Prezident İlham Əliyev Beynəlxalq Antikorrupsiya Assosiasiyası İcraiyyə Komitəsinin Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edib

Siyasət Materials 31 Mart 2008 19:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 31mart/ Trend Prezident İlham Əliyev bazar ertəsi Prezident sarayında Beynəlxalq Antikorrupsiya Assosiasiyası İcraiyyə Komitəsinin Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edib. 130-dan çox ölkəni birləşdirən təşkilatın İcraiyyə Komitəsində Azərbaycanın nümayəndəsinin təmsil olunmasını yüksək qiymətləndirən dövlətimizin başçısı Bakıdakı iclasın uğurla keçəcəyinə əminliyini bildirib. O qeyd edib ki,2004 -cü ildə Azərbaycanda korrupsiyaya qarşı mübarizə haqqında qanun qəbul olunubvə dövlət proqramı təsdiq edilib. Dövlət başçısı vurğuladı ki, bu sahədə problemlərin aradan qaldırılması üçün inzibati tədbirlər də görülür və korrupsiyaya qarşı mübarizədə ayrı-seçkiliyə yol verilmir. Azərbaycan bu sahədə əməkdaşlığı uğurla davam etdirir, ölkəmiz hasilat sənayesində şəffaflıq təşəbbüsünə qoşulub. Dövlət Neft Fondu bu sahədəki uğurlarına görə BMT-nin yüksək mükafatına layiq görülüb. Ölkəmizin başçısı vurğulayıb ki, son illərdə Azərbaycanda korrupsiyanın səviyyəsinin aşağı düşüb və son dörd ildə ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 16 faizə enib. Çin Xalq Respublikasının Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının prezidenti, keçmiş Baş prokuroru Szya Çunvan iclas iştirakçılarını qəbul etdiyinə görə təşəkkürünü bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurların məmnunluq doğurduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti