...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Siyasət Materials 2 Aprel 2008 10:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 30-da saat 22.00-dan 22.05-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndinin yaxınlığında yerləşən mövqelərdən, 30-31 oktyabrda saat 23.45-dən 00.10-dək Tərtər rayonunun Seysulan kəndinin yaxınlığında yerləşən mövqelərdən, həmçinin oktyabrın 31-də saat 05.15-dən 05.25-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbayjan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti