...

Azərbaycan və Gürcüstan prezidentləri Buxarestdə görüşüblər

Siyasət Materials 2 Aprel 2008 19:26 (UTC +04:00)

Rumıniya, Buxarest, 02 aprel / müxbir Ü.Əliyev/ Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Mixail Saakaşvili çərşənbə günü Buxarestdə ikitərəfli və regional xarakterli məsələləri müzakirə ediblər. Bu barədə Trend -un müxbiri Buxarestdən məlumat verib.

Tərəflər ikitərəfli əməkdaşlığın hazırki vəziyyətindən razılıq ifadə ediblər.

Azərbaycan prezidenti NATO-nun sammitində iştirak etmək məqsədilə aprelin 2-də gündüz Buxarestə gəlib. Dövlət başçısını səfərdə ölkənin birinci xanımı Mehriban Əliyeva, xarici işlər naziri Elmar Məmmədyarov, müdafiə naziri Səfər Əbiyev və digər rəsmi şəxslər müşayiət edirlər.

Bundan əlavə, İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsdərləri ilə görüşəcəyi gözlənilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti