Azərbaycan, Bakı, 07 may / Trend , müxbir C.Babayeva/ Bakıda "Azərbaycan-İsrail dostluq parkı"nın açılışı gələn həftəyə qədər təxirə salınıb. Bu barədə Trend -a İsrailin Azərbaycandakı səfiri Artur Lenk məlumat verib.
Mayın 8-də İsrailin müstəqillik günündə səfirlik Bakıda Dostluq parkı açmağı planlaşdırırdı.
Qarabağ Azadlıq Təşkilatı Dostluq parkının açılış mərasiminin mayın 8-də keçirilməsinə etiraz etmişdi. Təşkilat bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət də ünvanlamış, Şuşanın işğalının ildönümü günü belə bir mərasimin keçirilməsinin yolverilməz olduğunu bildirmişdi.
Lenkin sözlərinə görə, gələn həftə Bakıya İsrailin kənd təsərrüfatı naziri səfər edəcək və Dostluq parkının açılışı da onun səfəri çərçivəsində baş tutacaq.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - trend