Azərbaycan, Bakı, 07 may/ Trend / Azərbaycan prezidenti İlham Əliyev mayın 7-də İsrail dövlətinin prezidenti Şimon Peresi İsrailin milli bayramı - Müstəqillik günü münasibətilə təbrik edib.
Təbrik məktubunda prezident Azərbaycan-İsrail münasibətlərinin, dostluq və əməkdaşlıq əlaqələrinin inkişafının daim hər iki xalqın mənafelərinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.