...

ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu Azərbaycanda seçki təşviqatı ilə bağlı treninq kursları keçirəcək

Siyasət Materials 15 May 2008 18:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may / Trend , müxbir E.Babayev/ ABŞ -ın Beynəlxalq Respublikaçılar İnstitutu (BRİ) Azərbaycanda siyasi partiyalara seçki təşviqatının hansı formada aparılması ilə bağlı treninq kursları keçəcək. Bu barədə cümə axşamı Trend a Azərbaycanın müxalif Demokrat Partiyasının (ADP) prezidentliyə namizədi, təşkilatın sədri Sərdar Cəlaloğlu BRİ-nin Cənubi Qafqaz üzrə proqram direktoru Miçel R Drukman və instiutun ölkə üzrə direktoru Ceyk Çonsla görüşdən sonra məlumat verib.

Azərbaycanda seçkilər oktyabrın 15-də keçiriləcək.

Cəlalaoğlu deyib ki, BRİ - nin treninq kurslarında digər ölkələrdə keçirilən seçki kampaniyaları, namizədlərin hansı formada çıxış etmələri kimi məsələlər barədə məlumatlar verilir. Bundan başqa, BRİ partiyalarla birgə Liderlik Proqramı həyata keçirir. Proqram çərçivəsində gənc partiya üzvlərinə kurslar keçirilir.

Miçel R Drukman və instiutun ölkə üzrə direktoru Ceyk Çons cümə axşamı hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı ilə də görüşüblər. YAP-ın mətbuat xidmətinin məlumatına görə, görüşdə seçki öncəsi keçirilən treninq kursları diqqət mərkəzində olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti