...

Rusiyalı politoloq Gürcüstanda hakimiyyət və müxalifət arasında yeni qarşıdurma dalğasının olacağını istisna etmir

Siyasət Materials 23 May 2008 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may / Trend , müxbir C.Ağayeva/ Rusiyanın siyasi elitası Gürcüstanda siyasi qüvvələrin yeni qarşıdurma dalğasının başlanacağını istisna etmir. Gürcüstan prezidenti Mixail Saakaşvilinin parlament seçkilərində hakim partiyanın qələbə qazanmasını elan etməsi ölkədə yeni siyasi böhran dalğasının əsasını qoya bilər. Tanınmış rusiyalı politoloq, Rusiyanın Strateji Araşdırmalar Mərkəzinin direktoru Yevqeni Kojoqin belə hesab edir.

"Gürcüstan prezidentinin səslərin tam olaraq hesablanmasını gözləmədən mayın 21-də keçirilən parlament seçkilərində hakim partiyanın qələbə çalmasını elan etməsi müxalifəti hakimiyyətə qarşı qaldıra bilər", - deyə cümə günü Trend -a politoloq bildirib.

"Gürcüstan birləşmiş müxalifəti və onu dəstəkləyən elektorat üçün Saakaşvili rejimi məqbul deyil və ona görə mən hesab edirəm ki, müxalifətin çıxışı tam gözləniləndir", - deyə Kojoqin bildirib.

Ölkənin mərkəzi Seçki Komissiyasının mətbuat katibi Zurab Kaçkaçişvili jurnalistlərə bildirib ki, keçirilən seçkilərin yekunu üzrə parlamentdə konstitusiya əksəriyyətini Gürcüstanın "Milli Hərəkat" hakim partiyası əldə edib.

Gürcüstanın yeni parlamentində 150 deputat yeri var. 75 deputat proporsional, 75 deputat isə mojaritar sistem üzrə seçilir.

MSK nümayəndəsi bildirib ki, hakim partiyanın namizədləri seçkiləri demək olar ki, bütün mojaritar dairə üzrə qazanıblar. Onlar öz opponentlərinə cəmi dörd mandat veriblər. Bu mandatların ikisi Birləşmiş Müxalifət, ikisi isə Respublika partiyaasının payına düşüb. Bu halda ilkin məlumatlara görə, hakim partiya parlamentdə təkcə mojaritar sistem üzrə 71 deputat mandatı əldə etmiş olur.

Seçkilərdə ümumilikdə doqquz partiya və üç blok iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti