Azərbaycan, Bakı, 24 may / Trend / Azərbaycan prezidenti İlham Əliyev mayın 24-də ABŞ Konqresinin üzvləri Adam Şif, Elison Şvarts və Ueyn Gilkrestdən ibarət nümayəndə heyətini qəbul edib.
Görüşdə səfərin əsas məqsədinin Azərbaycanda və regionda gedən proseslərlə yaxından tanışlıq olduğu bildirilib.