...

Azərbaycan hökuməti siyasi qeyri - sabitlik və qeyri – demokratik imic istəmir - politoloq

Siyasət Materials 2 İyun 2008 17:47 (UTC +04:00)
Azərbaycan hökuməti siyasi qeyri - sabitlik və qeyri – demokratik imic istəmir - politoloq

Azərbaycan, Bakı, 02 iyun/ Trend , müxbir E.Babayev / Azərbaycanın solçu Sosial Demokrat Partiyası hesab edir ki, Seçki Məcəlləsində namizədlər üçün tətbiq olunan depozit sisteminin ləğvi doğru addım deyil.

"Bu dəyişikliyi demokratik saymaq olmaz, çünki toplanan imzaların Mərkəzi Seçki Komissiyası tərəfindən düzgün araşıdırılb, qiymət veriləcəyinə təminat yoxdur",- deyə bazar ertəsi Trend -a partiyanın sədri Araz Əlizadə bildirib.

Trend -un arayışı: Parlament bazar ertəsi Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri qəbul edib. Yeni layihəyə görə, prezidentliyə namizədlərin depozit qoyma şərti götürülür. Namizədlər yalnız imza toplayacaqlar. Namizədliyin qeydə alınması üçün tələb olunan 45 min imzanın 40 minə endirilməsi nəzərdə tutulur. Bundan əlavə, seçki təbliğatı 120 gündən 75 günə endirilir. Məcəllədə dövlət televiziyasında namizədlərə pulsuz efir vaxtı ayrılması qadağan edilib.

Əlizadə vurğulayıb ki, tələb olunan imzanı toplayıb versə belə, Mərkəzi Seçki Komissiyası onların bir qismini çıxdaş edərək, namizədlərə maneələr yaradırlar. "Mən özüm 2003-cü ildə bu təcrübəni yaşmamışam",- deyə Əlizadə bildirib.

Politoloq Tural Kərimli isə, bazar ertəsi Trend - a deyib ki, Azərbaycan Seçki Məcəlləsində namizədlər üçün tələb olunan seçici imzasının sayının azaldılması və depozit şərtinin ləğvi seçkidə mübarizə şəraitini yaxşılaşdıracaq. "Namizədliyin qeydə alınması üçün tələb olunan 45 min imzanın 40 minə endirilməsi, habelə depozit sisteminin ləğv edilməsi ilə bağlı düzəlişlər öz seçicilərinə əmin olan hər bir namizəd üçün mübarizə şəraitini yaxşlaşdırdı", -deyə o qeyd edib.

Kərimli vurğulayıb ki, seçki kampaniyası müddətində siyasi gərginlik və əhalinin böyük hissəsinin siyasi fəallığı artır. "Azərbaycan höküməti regional enerji layihələri və iqtisadi islahatlar fonunda siyasi qeyri - sabitlik və qeyri - demokratik imic istəmir. Qərb ölkələri üçün demokratiya və stabillik ölkəyə qoyduqları sərmayələrin sığortası deməkdir", - deyə o vurğulayıb.

[email protected]

Xəbər lenti

Xəbər lenti