Azərbaycan, Bakı, 2 may/ Trend / Mayın 2-də Azərbaycanın prezidenti İlham Əliyev Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının altı əməkdaşını təltif edib.
Dövlət başçısı incəsənəd işçilərinə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 85 illik yubileyi münasibətilə və Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə fəxri adlar verib.