...

Əmmanda Azərbaycan və İordaniyanın turizm sahəsində əməkdaşlıq imkanları müzakirə ediləcək- səfir

Siyasət Materials 4 İyun 2008 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun/ Trend , müxbir S.Ağayeva/ Əmmanda Azərbaycan və İordaniyanın turizm sahəsində əməkdaşlıq imkanları müzakirə olunacaq.

Əməkdaşlıq perspektivlərini iyunun 25-29-da, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin İordaniyaya səfəri zamanı müzakirə etmək planlaşdırılır. Bu barədə çərşənbə günü Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı telefonla Əmmandan məlumat verib.

Qarayev İordaniyanın mədəniyyət və turizm nazirləri, turizm şirkətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək, birgə mədəniyyət günlərinin və turist səfərlərinin təşkil edilməsi məsələlərini müzakirə edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti