...

Azərbaycan prezidenti ölkənin meliorasiya və su təsərrüfatı işçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb

Siyasət Materials 5 İyun 2008 21:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyun / Trend / 5 may Azərbaycan prezidenti İlham Əliyev ölkənin meliorasiya və su təsərrüfatı işçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən on üç nəfər Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

Dövlət başçısının digər sərəncamı ilə Rafiq Sabir oğlu Aslanova "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı verilib.

Xəbər lenti

Xəbər lenti