...

Azərbaycan prezidenti Rusiya Günü münasibətilə Rusiya prezidenti və Baş nazirinə təbrik məktubu göndərib

Siyasət Materials 11 İyun 2008 19:05 (UTC +04:00)

Azərbaycan, Bakı,11 iyun / Trend / Prezident İlham Əliyev çərşənbə günü Rusiyanın dövlət bayramı - Rusiya Günü münasibətilə Rusiya prezidenti Dmitrii Medvedyev və Rusiyanın Baş naziri Vladimir Putinə təbrik məktubu göndərib. Azərbaycan prezidenti əmin olduğunu bildirib ki, iki ölkə arasında yaranmış konstruktiv dialoq, qarşılıqlı anlaşma və etimad şəraiti hərtərəfli əməkdaşlığın sürətli inkişafının təmin edilməsinə, Qafqazda sülh və təhlükəsizlik naminə Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə yönələcək.

Xəbər lenti

Xəbər lenti