Azərbaycan, Bakı, 17 iyun/ Trend / İyunun 18 - də saat 11:00-dan 12:30-dək Bakı Fond Birjasında Milli Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə Birjanın çərşənbə axşamı yayılan məlumatında deyilir.
Notlarının dövlət qeydiyyat №-si - 50102419S, emissiyanın ümumi həcmi 20 000 000 AZN, bir notun nominal dəyəri - 200 AZN, notların tədavül müddəti - 28 gündür.
Hərrac zamanı, Notlar buraxılışının 20%-dən artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
Ödəmə tarixi - 16 iyul.