...

Azərbaycanın müxalif partiyası aksiya keçirəcək

Siyasət Materials 30 İyun 2008 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycanın müxalif Müsavat Partiyası ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında məhkəmə çəkişməsi davam edəcək. "Müsavat Partiyasının Divanının bu gün keçirilən iclasında Səbatl rayon məhkəməsinin qərarından apellyasiya şikayəti verilməsi barədə qərar qəbul olundu",- bunu bazar ertəsi Trend -a partiya Divanının iclasından sonra, Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.

Trend -un arayışı: Müsavat Bakı Şəhər İcra Hakimiyyətini iyunun əvvəllərində məhkəməyə verib. İyunun 25-də Səbail rayon məhkəməsi Müsavatın iddiası ilə bağlı qərarı çıxararaq, partiyanın iddiasını rədd edib. Müsavatın iddiasında Bakı meriyasının, partiyanın mayın 4- də keçirmək istədiyi mitinqə müvafiq yer ayrılmaması ilə bağlı qərarı qanunsuz sayılaraq, ləğvi tələb olunurdu. Müsavat mayın 4-nə və 18-nə planlaşdırdığı iki mitinqi təxirə salıb. Buna Bakı meriyasının aksiyaçıları Bibiheybət qəsəbəsindəki stadiona göndərmək istəməsi olub. Partiya mitinqə Ukrayna meydanı, keçmiş "Qələbə" kinoteatrının qarşısı, "Nərimanov" metrostansiyasının ətrafı, Füzuli meydanı və ya Təbriz" (keçmiş "Sevinc") kino - teatrının qarşısındakı ərazilərdən birinin ayrılmasını istəyirdi.

Hacılı bildirib ki, iclasda Müsavatın növbəti aksiyasının vaxtının və yerinin müəyyənləşdirilməsi ilə də bağlı müzakirələr olub. "Yerin və vaxtın müəyyənləşdirilməsi rayon təşkilatlarına həvalə olundu. Bu müzakirələrdən sonra Müsavatın növbəti aksiyasının vaxtı bəlli olacaq" - deyə o bildirib.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti