...

Rusiya prezidentinin Azərbaycana səfəri başa çatıb

Siyasət Materials 4 İyul 2008 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul/ Trend , müxbir A.Əliyev/ Rusiya prezidenti Dmitri Medvedyevin iyulun 4-də Azərbaycana rəsmi səfəri başa çatıb. O, səhər saatlarında Bakıdan Türkmənistana səfərə yola düşüb.
Dünən RF prezidentinin köməkçisi Sergey Prixodko Rusiya KİV-nə bildirib ki, Medvedyev Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovla görüş keçirəcək. Prezidentlərin dialoqundan sonra iki ölkə nümayəndə heyətlərinin iştirakı ilə Rusiya-Türkmənistan danışıqları aparılacaq.

Səfər proqramı çərçivəsində ikitərəfli əməkdaşlığı fəallaşdıracaq sənədlərin imzalanması nəzərdə tutulub. Daha sonra rəhbərlər mətbuat qarşısında bəyanatla çıxış edəcəklər. Medvedyev Türkmənistanın ilk prezidenti Saparmurat Niyazovun muzeyində olacaq və Müstəqillik Abidəsi önünə əklil qoyacaq.

Səfərin ikinci günündə iki prezidentin Aşqabadda "KAMAZ" təlim-xidmət mərkəzinin açılış mərasimində iştirakı gözlənilir.

Rusiya prezidenti şənbə günü Aşqabaddan Qazaxıstana yola düşəcək.

Xəbər lenti

Xəbər lenti