Gürcüsrtan, Tbilisi, 17 iyul/ Trend , müxbir N.Kirtsxaliya/Gürcüstan və Ukraynanın NATO-ya daxil olması məsələsini yalnız alyans üzvləri həll edir və buna Rusiya mane ola bilməz, - Vaşinqtonda keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Şon Makkormak Gürcüstanın "Rustavi 2" telekanalının sualına cavab verərkən bildirib.
Sual bu günlərdə RF prezidenti Dmitri Medvedyevin Rusiya diplomatlarına təqdim etdiyi doktrina ilə bağlı olub. Bu sənəddə Gürcüstan və Ukraynanın NATO-ya daxil olmasının Rusiya üçün qəbuledilməz olduğu göstərilib.
"Gürcüstan və Ukraynanın NATO-ya daxil olması barədə Buxarest sammitində aydın bəyan edilib. Söhbət bu ölkələrə MAP proqramının verilməsindən gedir və Rusiya bu prosesi dayandıra bilməyəcək", - Makkormak qeyd edib.