...

İran prezidenti Tacikistana səfər edəcək

Siyasət Materials 5 Avqust 2008 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 avqust / Trend / İran prezidenti Mahmud Əhmədinejad avqust ayının 28-də Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək Şanxay iclasında iştirak etmək üçün bu ölkəyə səfər edəcək. Bu barədə İranın "İSNA" agentliyi məlumat yayıb.

İclas çərçivəsində İran, Tacikistan və Əfqanıstan dövlət başçıları arasında görüş keçiriləcək.

Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Tacikistan Şanxay təşkilatına üzv ölkələrdir.

İran, Pakistan və Hindistan isə bu təşkilata üzv olmaq niyyətindədirlər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti