Azərbaycan, Bakı, 18 avqust / Trend , müxbir E.Babayev/ Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) bazar ertəsi keçirilən iclasında doqquz nəfərdən ibarət ekspert qrupu yaradılıb. MSK üzvlərinin təmsil olunduğu ekspert qrupunun yaradılmasında məqsəd seçkiqabağı şikayətləri araşdırmaqdır.
Analoji ekspert qrupları aşağı seçki komissiyalarında da yaradılacaq. Həmin ekspert qruplarında üç nəfər təmsil olunacaq.
Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Bu günədək prezidentliyə 14 nəfər namizədliyini irəli sürüb.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]