...

Prezident Saakaşvili NATO-nun Gürcüstanla birgə komissiya yaratmaq qərarını bəyənib

Siyasət Materials 20 Avqust 2008 12:56 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 20 avqust/ Trend , müxbir Kirtsxaliya/ Gütcüstan prezidenti əmindir ki, alyansla birgə komissiyanın yaradılması onun ölkəsinin bu təşkilata tezliklə inteqrasiya etməsinə kömək edəcək. Bu barədə çərşənbə günü prezident Mixail Saakaşvili Böyük Britaniyanın xarici işlər naziri Devid Millibandla birgə mətbuat-konfransında deyib.

"Bizim NATO ilə çox yaxın münasibətlərimiz var, biz belə münasibətləri Rusiya ilə də qurmağa çalışdıq, lakin onların başqa məqsədləri olub", - o qeyd edib.

O qeyd edib ki, Tsxinvalidəki təxribat əvvəlcədən planlaşdırılıb. "Suxumi və Tsxinvali ilə yanaşı, Gürcüstana zərbə endirmək və dövlətçiliyimizi məhv etmək üçün əlverişli imkan gözləyən Moskva ilə danışmağın mənası yox idi", - Saakaşvili deyib.

O vurğulayıb ki, gürcü tərəfi Abxaziyadan zərbə gözləyirdi, lakin Moskva Tsxinvalini seçdi.

"Yəqin ona görə ki, oradan Tbilisiyə daha yaxındır, beynəlxalq ictimaiyyət olmasaydı, Rusiya çoxdan Tbilisini ələ keçirərdi", - prezident vurğulayıb.

Saakaşvili qeyd edib ki, Rusiya ilə sülh ilə döyüşmək niyyətindədir. "Biz avropalıyıq və işğalçılarla sülh metodları ilə mübarizə aparacağıq. Biz silah işlətmədən, onları buradan getməyə məcbur edəcəyik", - o deyib.

Xəbər lenti

Xəbər lenti