...

Naxçıvan MR Ali Məclisində seçkilərə həsr olunan müşavirə keçirilib

Siyasət Materials 6 Sentyabr 2008 07:53 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 6 sentyabr/ Trend , müxbir E.Məmmədov/ Naxçıvan MR Ali Məclisində Vasif Talıbovun sədrliyi ilə seçkilərə həsr olunan müşavirə keçirilib.

Talıbovun sözlərinə görə, Naxçıvan MR-da fəaliyyət göstərən 7 seçki dairəsinin hər biri üçün yeni inzibati binalar inşa olunmuş, muxtar respublikada 292 seçki məntəqəsi yaradılmışdır. Seçkiyə 5 gün qalmış Azərbaycan Müdafiə Nazirliyinin Naxçıvan MR ərazisindəki hissələrində 21, Daxili Qoşunların Naxçıvan Alayında 1, Naxçıvan Sərhəd Diviziyasında 1, Naxçıvan MR Ədliyyə Nazirliyinin hərbi hissəsində 1 məntəqə yaradılacaqdır.

"Bütün seçki dairələrini əhatə etməklə seçki məntəqəsində kameralar quraşdırılacaq", deyə Talıbov qeyd edib.

Xəbər lenti

Xəbər lenti