...

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İqtisadi Komtəsinin iclası keçiriləcək

Siyasət Materials 9 Sentyabr 2008 07:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr /müxbir Trend İ.Əlizadə/ Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İqtisadi Komitəsinin sentyabrın 9-10-da Bakıda iclası keçiriləcək. İclasda təşkilata üzv 12 ölkənin 9-nun iştirak edəcyi nəzərdə tutulub. Albaniya, Ermənistan və Ukrayna nümayəndələrinin icalısn işinə qatılmayacaqları gözlənilir.

İclasda əsasən, Qara dəniz ölkələri arasında iqtisadi əməkdaşlıq məsələlələri və bölgənin Dünya Ticarət Təşkilatına inteqrasiyası məsələsi müzakirə olunacaq.

Müzakirə olunan məsələ Baş Assambleyanın noyabrda keçiriləcək iclasına çıxarılacaq. Qəbul olunacaq tövsiyələr isə üzv ölkələrin parlamentlərinə göndəriləcək.

Xəbər lenti

Xəbər lenti