...

Azərbaycan " Qafqaz İttifaqı " Platformasının BMT- də müzakirəsini təklif edir – xarici işlər naziri

Siyasət Materials 19 Sentyabr 2008 17:01 (UTC +04:00)
Azərbaycan " Qafqaz İttifaqı " Platformasının BMT- də müzakirəsini təklif edir – xarici işlər naziri

Azərbaycan, Bakı, 19 sentyabr/ Trend , müxbir R.Novruzov/ Azərbaycan " Qafqaz İttifaqı " Platformasının BMT- də müzakirəsini təklif edir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Londondun Strateji Araşdırmalar İnstitutunda bu təkliflə çıxış edib, -Türkiyənin Cihan agentliyi xəbər verir.

Azərbaycanın xarici işlər naziri " Gürcüstandakı hadisələrdən sonra regionda yaranmış boşluğun dolduruması " baxımından, " Qafqaz İttifaqı " nın yaradılması təşəbbüsünü mühüm adlandırıb.

Türkiyənin Baş naziri Rusiya, Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistanın daxil olacağı " Qafqaz İttifaqı "-nın yaradılması təşəbbüsü ilə çıxış edib.

"Azərbaycan Türkiyənin təşəbbüsünü dəstəkləyir və hesab edir ki, bu təşəbbüs BMT- də nəzərdən keçirilməlidir ", - Məmmədyarov bildirib. Bu mövzu Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda keçiriləcək görüşündə ayrıca müzakirə ediləcək, - nazir bildirib.

Nazir hesab edir ki, "Qafqaz İttifaqı " nın yaradılması regionda sülh və sabitliyin bərqərar olmasına gətirə bilər. Türkiyənin Baş naziri artıq Gürcüstan, Rusiya və Azərbaycan prezidentləri ilə " Qafqaz İttifaqı " nın yaradılması təşəbbüsünü müzakirə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti