...

Türkiyə dünya iqtisadi böhranına tab gətirəcək - Türkiyənin Baş naziri

Siyasət Materials 22 Sentyabr 2008 15:06 (UTC +04:00)

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəsinin dünyada davam edən iqtisadi böhrana tab gətirəcəyini bildirib. Bu haqda CNNTürk agentliyi məlumat verib.

Ərdoğan Türkiyə iqtisadiyyatının iyun ayından indiyədək dünyada davam edən iqtisadi böhrana tab gətirə biləcəyini bəyan edib. Ərdoğan bu nailiyyətin 2002-ci ildən Türkiyədə həyata keçirilən makroiqtisadi və maliyyə islahatları nəticəsində əldə edildiyini vurğulayıb. "Türkiyənin əsas ticarət tərəfdaşları olan ABŞ və Avropa Birliyi ölkələrinin Türkiyənin ixrac etdiyi məhsul və xidmətlərə olan tələbatının azalması ölkə itisadiyyatına ciddi təsir etməyəcək. Çünki Türkiyə Afrika və Orta Şərq ölkələrində yeni satış bazarları əldə edib", - deyə Ərdoğan bildirib.

Xəbər lenti

Xəbər lenti