...

İranlı piketçilər "İsrailə ölüm" şüarları səsləndiriblər

Siyasət Materials 26 Sentyabr 2008 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr / Trend , müxbir T.Cəfərov / Beynəlxalq Qüds günü münasibəti ilə cümə günü İranın bütün şəhərlərində Fələstin xalqı ilə həmrəyliyin nümayişi kimi mitinqlər keçirilir. Bu barədə İranın İRİNN xəbər kanalı məlumat verir.

İranın paytaxtı Tehran şəhərində insanlar küçələrə axışaraq "İsrailə ölüm olsun" şüarları səsləndiriblər və cümə namazı üçün Tehranın mərkəzi məscidinə yollanıblar.

Mitinq iştirakçıları İsraili ağır cinayətlərdə ittiham edərək, Fələstin xalqı ilə həmrəyliklərini nümayiş etdirirlər.

1979-cu ildə İran İslam İnqilabından sonra Fələstin xalqı ilə həmrəylik göstərmək üçün hər il Ramazan ayının sonuncu cümə günü Qüds günü elan edilib. O dövrdən etibarən hər il müsəlmanlar İsrailə etiraz əlaməti olaraq aksiyalar keçirirlər.

Xəbər lenti

Xəbər lenti