Azərbaycan, Bakı, 26 sentyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycanın Gəncə şəhərində qız zorladıqlarına görə iki şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, sentyabrın 25-də saat 03.30 radələrində Gəncə şəhər sakinləri Fariz Rəhimov və Ruslan Xolcudov sərxoş halda Atatürk prospektində yaşayan Alyona İvanovanın mənzilinin qapısını sındıraraq mənzilə daxil olublar və onu zorlayıblar. Sonra onlar qızı hədələyərək pul tələb ediblər.
Kəpəz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Rəhimov və Xolcudov tutulublar. Faktla bağlı araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]