...

Azərbaycan prezidenti şimal bölgəsinə səfər edib

Siyasət Materials 27 Sentyabr 2008 19:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyevin şənbə günü respublikanın şimal bölgəsinə səfəri başlayıb. Quba şəhərində dövlət başçısı şəhərin mərkəzində salınmış Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoyub.

Daha sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib. Görüşdə rayon Ağsaqqallar Şurasının sədri Həsən Günəşli prezidentin Qubaya vaxtaşırı səfərlərinin əhəmiyyətini vurğulayaraq, ölkəmizdə aparılan abadlıq - quruculuq işlərinin yüksək vüsət aldığını söyləyib.

Prezident İlham Əliyev son illər ölkəmizdə sürətli iqtisadi inkişafa nail olunduğunu və regionlarda böyük dəyişikliyin baş verdiyini, infrastruktur layihələrinin həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, gələcəkdə bütün bölgələrə, o cümlədən Quba rayonuna diqqət və qayğı daha da artırılacaq. Dövlət başçısı əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən də danışıb.

Xəbər lenti

Xəbər lenti