Türkiyə hökumətinin tərkibində ciddi dəyişikliklər baş verəcəyi gözlənilir. Bu barədə Türkiyənin "Timetürk" informasiya agentliyi məlumat verib.
Baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən həyata keçiriləcək dəyişikliklərdə 4-5 nazirin, o cümlədən Baş nazirə yaxın sayılan maliyyə naziri Kamal Unakıtan və səhiyyə naziri Rəcəb Akdağın tutduqları vəzifədən uzaqlaşdırılmaları nəzərdə tutulur.