...

Rusiyada yaşayan Azərbaycan vətəndaşları prezident seçkisində fəallıq nümayiş etdirəcəklər ї səfir

Siyasət Materials 4 Oktyabr 2008 15:14 (UTC +04:00)
Rusiyada yaşayan Azərbaycan vətəndaşları prezident seçkisində fəallıq nümayiş etdirəcəklər ї səfir

Azərbaycan, Bakı, 04 oktyabr/ Trend , müxbir S.Ağayeva/ Rusiyada yaşayan Azərbaycan vətəndaşları Azərbaycanda keçiriləcək prezident seçkisində fəallıq göstərəcək. Bu fikiri şənbə günü Trend -a Azərbaycanın Rusiyadakı səfiri Polad Bül-Büloğlu bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək.

Səfir bildirib ki, Rusiyada üç seçki məntəqəsi təşkil olunub, onlardan biri Azərbaycanın Moskvadakı səfirliyinin nəzdində, ikisi isə Sank-Peterburqdakı Baş konsulluğun tərkibində yaradılıb.

Seçicilərin əsas hissəsi Rusiyada təhsil alan tələbələr və bu ölkə ərazisində müvəqqəti işləyən və yaşayan insanlardır.

2006-cı ildə aparılan siyahıya almaya görə, Rusiyda 621.000 azərbaycanlı yaşayır, onlardan 155.000 nəfəri Rusiya Federasiyasının vətəndaşlarıdır.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti