...

Londonda Azərbaycanın enerji təhlükəsizliyi və xarici siyasət strategityası müzakirə olunacaq

Siyasət Materials 4 Oktyabr 2008 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 oktyabr/ Trend , müxbir N.Abdullayeva/ Londonda Azərbaycanın enerji təhlükəsizliyi və xarici siyasət strategityası müzakirə olunacaq.

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən şənbə günü Trend -a verilən məlumata görə, oktyabrın 7-si Londonda, Beynəlxal Strateji Araşdırmalar İnstitutunda "Azərbaycan və Avropa Birliyi: enerji təhlükəsizliyi və xarici siyasət strategiyası" mövzusunda müzakirələr aparılacaq.

Böyük Britaniyanın tanınmış politoloqları, ekspertləri və bu ölkəyə akreditə olunmuş diplomatik missiyaların nümayəndələri Dəyirmi masanın işində iştirak edəcəklər. Müzakirələrdə Azərbaycan Prezidnti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyevin çıxışı planlaşdırılır.

Azərbaycan-Avropa münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivlərinin təhlili də daxil olmaqla Azərbaycan Respublikasının daxili və xarici siyasətinə dair müxtəlif məsələlər üzrə müzakirələr və geniş fikir mübadilələrinin aparılması gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti