...

Аzərbaycan Prezidenti Yeni Olimpiya – İdman Kompleksinin açılışında iştirak edib

Siyasət Materials 7 Oktyabr 2008 18:37 (UTC +04:00)

Аzərbaycan, Bakı, 07 oktyabr / Trend / Oktyabrın 7-də Biləsuvarda Olimpiya - İdman Kompleksinin açılışı olub.

Mərasimə toplaşanlar Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı səmimiyyətlə qarşılayıblar.
Dövlət başçısı Kompleksin açılışını bildirən lenti kəsib.

6,5 hektar ərazidə yerləşən Kompleksin təməli 2007-ci ilin fevralında qoyulub, bu ilin sentyabrında tikinti başa çatdırılıb. Tikintinin gedişində burada hər ay, orta hesabla, 100 nəfər işləyib, onların orta aylıq əmək haqqı 350-400 manat təşkil edib.

Kompleksə tribunaları 910 tamaşaçı tutan əsas idman salonu, 25 metrlik üzgüçülük hovuzu, müasir idman avadanlığı quraşdırılmış kiçik və böyük trenajor  və məşq zalları, şahmat otağı, stolüstü tennis salonu və yardımçı otaqlar daxildir.
Yüz nəfərlik yeməkxanası olan Kompleksin ərazisində 50 yerlik mehmanxana, ikimərtəbəli iki kottec də inşa olunub.


Мəqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti