Azərbaycan, Bakı, 10 oktyabr / Trend / Azərbaycanın dövlət başçısı İlham Əliyev cümə günü Polşa prezidenti Administrasiyası Milli təhlükəsizlik bürosunun rəhbəri Vladislav Stasiakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan - Polşa münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, qarşılıqlı səfərlərin, müvafiq dövlət strukturları və təşkilatları arasında əməkdaşlığın əlaqələrin daha da genişlənməsinə xidmət etdiyi bildirilib.