...

Gürcüstanda sağlamlıq və sülh insan haqları və karyeradan daha üstündür – sorğu

Siyasət Materials 13 Oktyabr 2008 11:52 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan əhalisi üçün ən qiymətli şey sağlamlıq və sülhdür. Bu barədə həftəlik "Kviris palitra"nın (Həftənin palitrası) 546 respondent arasında keçirdiyi sorğu məlumat verir.

Rəyi soruşulanların 42 faizi sağlamlığın, 39 faizi isə sülh və əmin-amanlığın ən qiymətli olduğunu bildiriblər.

Gürcüstan əhalisinin ərazi bütövlüyü, xoşbəxt ailə həyatı, yaxınlarının güzəranı, mənəvi rahatlıq, insan haqlarının müdafiəsi və karyeranı ən qiymətli hesab etmələrinə dair fikirləri reytinq üzrə sonrakı yerlərdə qərarlaşıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti