...

Naxçıvan MR-də seçicilərin 90 faizdən çoxu səsvermədə iştirak edib

Siyasət Materials 15 Oktyabr 2008 20:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir A.Hüseynbala / Naxçıvan Muxtar Respublikasında prezident seçkisi üzrə seçicilərin yüksək fəallığı qeydə alınıb.

Trend -ın məlumatına görə, Muxtar Respublikada adları seçici siyahılarında olan 225 min 571 nəfər seçicinin 90,9 faizi səsvermədə iştirak edib.

Trend -ın arayışı: Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

Xəbər lenti

Xəbər lenti