Bu gecə İstanbulun Kadıköy rayonunda 20 avtomobil naməlum şəxslər tərəfindən yandırılıb. Bu barədə Türkiyənin "Cihan" informasiya agentliyi məlumat verib.
Yanğınsöndürənlərin iki saat davam edən səylərindən sonra yanğını söndürmək mümkün olub. Polis hadisədə şübhəli bilinən şəxslərin axtarışına başlayıb.