...

İqtisadi baxımdan vəziyyət yaxşı deyil - İranın iqtisadiyyat naziri

Siyasət Materials 25 Oktyabr 2008 13:09 (UTC +04:00)

İranın iqtisadiyyat naziri Seyid Şəmsəddin Hüseyni bildirib ki, həqiqətən İrandakı mövcud şərait ölkənin iqtisadi baxımdan yaxşı vəziyyətdə olmadığını göstərir və vəziyyətin yaxşılaşdırılması üçün Konstitusiyanın 44-cü maddəsindən irəli gələn tələblər mütləq şəkildə icra olunmalıdır. Bu barədə İranın İLNA xəbər agentliyi məlumat yayıb.

Hüseyni şənbə günü İranın Xorasane Rəzəvi vilayətinində keçirilən iclasda bildirib ki, İran zəngin işçi qüvvəsinə və təbii sərvətlərə malikdir, lakin təəssüflər olsun ki, bu sərvətlərdən istifadə səviyyəsi aşağıdır, bu səviyyəni yüksəltmək üçün isə düzgün siyasət aparılmalıdır.

O, ölkədə iqtisadi islahatların zəruriliyini vurğulayıb.

İran Konstitusiyasının 44-cü maddəsinə əsasən, ölkənin iqtisadi cəhətdən inkişaf etdirilməsi və milli iqtisadi rəqabətin artırılması məqsədilə dövlət müəssisələri özəlləşdirilməlidir.

Xəbər lenti

Xəbər lenti