...

Obamanın qələbəsi İranda nöbvəti prezident seçkilərinin nəticəsinə təsir etməyəcək - İranın sabiq vitse-prezidenti

Siyasət Materials 7 Noyabr 2008 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 noyabr/ Trend , müxbir D.Xatınoğlu/ İranın sabiq vitse - prezidenti bildirib ki, ABŞ - da prezident seçkilərinin nəticəsinin, İranın daxili siyasətində, xüsusilə İranda keçiriləcək nöbvəti prezident seçkilərinə təsiri olmayacaq.

İranın sabiq prezidenti Məhəmməd Xatəminin müavini Məhəmmədəli Əbtəhi Trend - a bildirib ki, Amerikada Barak Obamanın prezident seçilməsinin , beynəlxalq ictimaiyyətdə dəyişikliklərin İranın daxili siyasətinə təsiri yoxdur. İranın öz siyasəti var.

Noyabrın  4 - də ABŞ - da keçirilmiş seçkilərdə Demokratlar Partiyasından namizəd, İllinoys Ştatından senator Barak Obama qələbə qazanıb. İranda növbəti prezident seçkiləri 2009 - cu ildə, iyunun 12 - də keçiriləcək.

Əbtəhi cümə günü telefonla Tehrandan bildirib ki, Obamanın seçkilərdə qalıb gəlməsi göstərir ki, bu dəfə Amerikanın prezident seçkiləri tamamilə fərqli bir vəziyyətdə keçirildi və fərqli nəticə də oldu.

Əbtəhinin sözlərinə görə, Obamanın prezident seçilməsi, ABŞ - ın xarici siyasəti, iqtisadiyyatı və beynəlxalq əlaqələrinə təsiri ola bilər, lakin İranın daxili siyasətinə təsiri yoxdur.

Xəbər lenti

Xəbər lenti