Azərbaycan, Bakı, 18 noyabr/ Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı
Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Şigeo Katsunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Katsu səfər müddətində Bakıda Asiya İnkişaf Bankı tərəfindən təşkil olunan Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq proqramı çərçivəsində keçiriləcək tədbirdə də iştirak edəcəyini bildirib.
Prezident bu səfərin Azərbaycanın müvafiq hökumət nümayəndələri ilə görüşlər keçirmək və qarşılıqlı əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə etmək üçün yaxşı imkan yaratdığını bildirib.