...

Azərbaycan hakimiyyəti müxalifətlə dialoqa hazırdır – birinci vitse-spiker

Siyasət Materials 11 Dekabr 2008 12:03 (UTC +04:00)
Azərbaycan hakimiyyəti müxalifətlə dialoqa hazırdır – birinci vitse-spiker

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir C.Babayeva, İ.Əlizadə/ Azərbaycan hakimiyyəti müxalifətlə dialoqa həmişə hazırdır.

"Azərbaycan prezidenti də bəyan edib ki, hakimiyyət dialoqa həmişə hazırdır", - deyə cümə axşamı jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.

Trend -un arayışı: 2005-ci ilin parlament seçkiləri ərəfəsində ATƏT-in Bakı ofisinin vasitəçiliyi ilə müxalifət, hakim və hakimiyyətyönlü partiyalar arasında bir necə görüş keçirilib. Sonradan dialoqu davam etdirmək mümkün olmayıb. Bu il oktyabrın 15-də keçirilən prezident seçkisində bir neçə müxalifət partiyası YAP-ın namizədini dəstəkləyib. Seçkidən sonra YAP-ın bu partiyalarla dialoqu məsələsi yenidən gündəmə gəlib.

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov öncə Trend -a bildirib ki, partiya müxalifətlə heç bir şərt irəli sürmədən dialoqa hazırdır.

Azərbaycan ziyalıları iqtidar və müxalifət arasında dialoqun baş tutması üçün vasitəçi olmağa hazır olduqlarını bildiriblər.

Əsgərov deyib ki, iqtidar-müxalifət dialoqunda hansı məsələlərin müzakirə olunacağı isə müzakirə mövzusu olmalıdır.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti