...

Gürcüstan prezidenti ölkə hökumətinə Gürcüstan iqtisadiyyatının xilası üzrə qanunverici paket hazırlamağı həvalə edib

Siyasət Materials 15 Dekabr 2008 17:43 (UTC +04:00)
Gürcüstan prezidenti ölkə hökumətinə Gürcüstan iqtisadiyyatının xilası üzrə qanunverici paket hazırlamağı həvalə edib

Gürcüstan, Tbilisi, 15 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan prezidenti Mixail Saakaşvili ölkə hökumətinə Gürcüstan iqtisadiyyatının xilası üzrə qanunverici paket hazırlamağı həvalə edib. O, bu barədə parlament çoxluğu ilə görüşdə bəyan edib.

Prezident deputatları vəziyyəti real qiymətləndirməyə və real dövlət büdcəsi qəbul etməyə çağırıb. "Keçmiş nazirlərdən bəzilərinin yorulduğu və onların əvəzlənməsi lazım olduğundan, biz hökumətdə kadr dəyişiklikləri həyata keçirmişik və o, yeni enerji ilə böhranla mübarizə aparmalıdır", - prezident qeyd edib.

Saakaşvili vurğulayıb ki, yeni nazirlər vəzifənin öhdəsindən gələ bilməsələr, vəzifələrində qala bilməyəcəklər. O, həmçinin, qeyd edib ki, dövlətin hər tetrisi iş yerlərinin yaradılmasına sərf olunacaq.

Prezidentin sözlərinə görə, istehsalın artırılması və əlavə iş yerlərinin yaradılması ölkənin gələcəyinə sərmayə yatırımlarıdır. "Bu gün Gürcüstan iqtisadiyyatı pis vəziyyətdədir. Lakin biz hamımız birlikdəyik, vahid iş və səylərlə mövcud problemləri aradan qaldıracağıq. Bizim prioritetimiz istehsalın bərpası və əhali üçün iş yerlərinin yaradılmasıdır. Biz xatırlamalıyıq ki, güclü iqtisadiyyat ölkənin birliyi və gücünün əsasıdır", - Saakaşvili bildirib.

Prezidentin sözlərinə görə, hökumət iqtisadiyyatın artımı şəraitində, iş yerlərinin açılması və istehsalın inkişafını prioritet kimi götürsə, ölkə ağır vəziyyətdən çıxa bilər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti