...

Azərbaycan Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə tərəfdar olduğunu təsdiq edib

Siyasət Materials 17 Dekabr 2008 13:10 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Azərbaycan Gürcüstanın ərazi bütövlüyü və suverenliyi məsələsində bu ölkəyə öz dəstəyini növbəti dəfə təsdiq edib. Gürcüstanın Xarici İşlər Nazirliyindən Trend - a verilən məlumata görə, bu barədə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ilə görüşdə Azərbaycanın Tbilisidəki Fövqəladə və Səlahiyyətli səfiri Namiq Əliyev bildirib.

Səfir Vaşadzeni təyinat münasibəti ilə təbrik edib.

Görüş zamanı tərəflər iki ölkə arasında mövcud kitərəfli münasibətlərin geniş spektrini nəzərdən keçirib, Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyəti müzakirə ediblər.

Görüşdə dekabrın 13-də Saçxer rayonunun Pervi kəndində baş verən insidentə, Rusiya hərbi qüvvələrinin Abxaziya və Tsxinvali regionlarına cəmləşdirilməsi məsələsinə toxunulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti