Azərbaycan, Bakı, 19 dekabr/ Trend / Azərbaycan prezidenti Belçikanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Filippe Jottardın nin etimadnaməsini qəbul edib.
Prezident Əliyev iki
ölkə arasinda ikitərəfli münasibətlərin
yaxşi səviyyədə olduğunu bildirib. Azərbaycanla
Avropa Ittifaqi arasında əməkdaşlığa toxunan
Əliyev bu əməkdaşlığın uğurla
inkişaf etdiyini vurğulayıb və ümidvar olduğunu
bildirib ki, onun ölkəmizdə fəaliyyəti
əlaqələrin daha da genişlənməsinə
töhfə verəcək.
Jottard səfir kimi ölkəmizdə fəaliyyət
göstərməsindən məmnunluğunu bildirib və
vurğulayıb ki, səfirlik fəaliyyəti
müddətində Azərbaycan - Belçika və
Azərbaycan ilə Avropa Ittifaqi arasinda əlaqələrin
daha da möhkəmlənməsi işində öz
səylərini əsirgəməyəcək.