...

Türkiyənin prezidenti və baş naziri İlham Əliyevi doğum günü münasibətilə təbrik ediblər

Siyasət Materials 25 Dekabr 2008 00:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr / Trend / Türkiyə Respublikasının prezidenti və baş naziri - Abdullah Gül və Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik ediblər və ona möhkəm cansağlığı arzulamışlar, - AzərTAc Dövlət İnformasiya Agentliyi xəbər verib.

Dövlət başçıları ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə, o cümlədən regional çərçivədə əməkdaşlığın daim inkişaf etməsindən razılıq ifadə edərək, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini vurğulamışlar.

Dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevin 47 yaşı tamam olub.

Xəbər lenti

Xəbər lenti