...

Qəzzə Zolağının əhalisi İsrailin düşməni deyil - İsrailin Azərbaycandakı səfiri (ƏLAVƏ OLUNUB) (video)

Siyasət Materials 5 Yanvar 2009 16:48 (UTC +04:00)
Qəzzə Zolağının əhalisi İsrailin düşməni deyil - İsrailin Azərbaycandakı səfiri (ƏLAVƏ OLUNUB) (video)

Azərbaycan, Bakı, 05 yanvar/ Trend , müxbir U. Sadıqova / Hazırkı hərbi əməliyyatlar HƏMAS -ın İsrailin cənubuna səkkiz illik hücumuna cavabdır.

"İsrailin məqsədi Qəzzəni yenidən işğal etmək deyil. İsrail qoşunlarının Qəzzədən çıxarılmasından sonra üç il ərzində fələstinlilərin müstəqil dövlət yaratmaq imkanları olub", - deyə Trend - a İsrailin Azərbaycandakı səfiri Artur Lenk bildirib.

Onun sözlərinə görə, bütünlükdə bu dövr ərzində HƏMAS silah alıb və regionun iqtisadi vəziyyətini və əhalinin təhlükəsizliyini yaxşılaşdırmaq əvəzinə, İsrailə raket zərbələri endirib.

Səfir bildirib ki, İsrail güzəştə gedərək altı aylıq sülh sazişi imzaladı, lakin bu müddət başa çatdıqdan sonra, HƏMAS yeni müqavilə imzalamaqdan imtina etdi və müharibə yolunu seçdi.

"Qəzzə əhalisi İsrailin düşməni deyil, bizim əsas düşmənlərimiz məscid, məktəb və xəstəxanalardan hərbi baza kim istifadə edən HƏMAS -ın üzvləridir", - deyə Lenk bildirib.

Səfirin sözlərinə görə, İsrailin əsas vəzifəsi Qəzzə Zolağında terror infrastrukturunu məhdudlaşdırmaq və məhv etmək, Fələstin əhalisinin təhlükəsizliyini təmin etməkdir. Lenk bildirib ki, İsrailin hərbi əməliyyatlarına baxmayaraq, HƏMAS İsrail şəhərlərini əvvəlki kimi raket atəşinə məruz qoyur, buna görə, İsrail hərbi əməliyyatları davam etdirməyə məcburdur.

İsrailin Azərbaycandakı səfiri Artur Lenk hesab edir ki, atəşkəsə dair ilk sazişin imzalanmasında Misirin vasitəçiliyi uğurlu oldu, lakin indiki raket zərbələri şəraitində, müvəqqəti sənəd vəziyyətdən çıxış yolu deyil.

"İsrail və Misirin maraqlarının üst - üstə düşməsi regionda, fələstinlilər də daxil olmaqla, hamı üçün təhlükəsizliyi təmin edir, lakin müvəqqəti sülh Həmas-ın raket zərbələri problemini həll etməyəcək", - deyə İsrailin Azərbaycandakı səfiri bildirib.

Lenk bildirib ki, İsrail fələstinlilərlə daimi sülh əldə etməyə çalışır ki, bu da bütün regionun təhlükəsizliyini təmin edəcək, bu isə regionda terrorun məhdudlaşdrılmasını tələb edir.

Misir Həmas -ın İsrail şəhərlərini raket atəşinə tutmasına qarşı çıxış edib və bunu hərbi əməliyyatların başlamasının əsas səbəbi hesab edir. O, buna görə, problemin nizamlanmasında vasitəçi rolunda çıxış etmək istəyir", - deyə səfir bildirib.

"Misir, Türkiyə və Azərbaycan kimi müsəlman ölkələri də daxil olmaqla, dünyanın bir çox ölkələri zorakılığa qarşı çıxış edir. İsrailin hərbi əməliyyatları Həmas ilə altı aylıq atəşkəs sazişinin müddətinin başa çatması və qruplaşmanın Aşkelon və Sderot şəhərlərini hər gün əldəqayırma "Qəssam" raketləri ilə atəşə tutmasından sonra başlanıb.

BBC-nin verdiyi xəbərə görə, Qəzzə həkimlərinin məlumatına görə, Qəzzə Zolağında "Qurğuşun axını" əməliyyatlarını başlanmasından sonra, ümumilikdə 509 nəfər həlak olub, təqribən 2,5 min nəfər yaralanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti