...

Azərbaycanın Mərkəzi Seçki Komissiyasının nəzdində referendum üzrə işçi və ekspert qrupları yaradılıb

Siyasət Materials 8 Yanvar 2009 17:16 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Seçki Komissiyasının nəzdində referendum üzrə işçi və ekspert qrupları yaradılıb

Azərbaycan, Bakı, 08 yanvar/ Trend , müxbir C.Babayeva/ Azərbaycan Mərkəzi Seçki Komissiyanın (MSK) nəzdində cümə axşamı referendum üzrə işçi və ekspert qrupları yaradılıb.

İşçi qrupunun vəzifələri referendum üzrə təşəbbüs qrupları tərəfindən təqdim olunan imza vərəqələri və digər sənədlərdəki məlumatların dəqiqliyini yoxlamaqdan ibarətdir.

"İşçi qrupunda Ədliyyə, Maliyyə, Vergilər və Daxili İşlər nazirliklərinin ekspert və nümayəndələri təmsil olunacaqlar. İşçi qrupunun sədri MSK üzvü İlham Məmmədov təyin edilib", - deyə MSK-nın iclasında qurumun katibi Natiq Məmmədov bildirib.

MSK nəzdində ekspert qrupu, vətəndaşların seçki hüququ pozulduğu təqdirdə, onların şikayətlərinin araşdırılması məqsədilə yaradılıb.

"Ekspert qrupunda MSK-nın doqquz üzvü təmsil olunacaq. Dairə seçki komissiyalarında da ekspert qrupları yaradılacaq", - deyə Məmmədov bildirib.

Trend -un arayışı: Ötən il dekabrın sonunda Azərbaycan Mili Məclisinin (Parlament) iclasında Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə martın 18 - də referendumun keçirilməsi haqqında qərar qəbul olunub.

Konstitusiyanın 29 maddəsinə dəyişikliyin tətbiq edilməsi üzrə referendumun keçirilməsi haqqında qərar qəbul olunub.

Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər yalnız referendum vasitəsilə daxil edilə bilər (Maddə 152).

AR Konstitusiyasının mətninə dəyişikliklər Milli Məclis və ya Azərbaycan prezidenti tərəfindən təklif edilirsə, o zaman təklif edilən dəyişikliklər üzrə əvvəlcədən AR Konstitusiya Məhkəməsinin qərarı alınmalıdır (maddə 153).

Azərbaycan Konstitusiyası 1995 - ci ildə qəbul olunub, 2002-ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti