...

Əfqanıstanın Baqdis vilayətində 11 talib öldürülüb

Siyasət Materials 22 Yanvar 2009 11:29 (UTC +04:00)

Əfqanıstan, Kabil, 22 yanvar/ Trend , müxbir A.Həkimi/

Əfqanıstanın Baqdis vilayətində qiyamçı qüvvəllər ilə əfqan milli polisi arasında baş verən toqquşma nəticəsində on bir talib öldürülüb, iyirmisi isə yaralanıb.

Baqdis vilayəti polisinin baş komandanı, general Məhəmməd Əyyub jurnalistlərə bildirib ki, taliblər ötən gecə polis məntəqəsini tutmuq üçün ora hücum ediblər, lakin burada müqavimətə rast gəliblər və ciddi itgilərə məruz qalıblar.

Onun sözlərinə görə,  vilayət sakinləri də bu qarşıdurmada iştirak ediblər. Əfqan milli ordusu arasında itgi yoxdur.

"Taliban" hərəkatının nümayəndləri bu mövzu ilə bağlı hələ ki, bəyanat verməyiblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti