...

Növbədənkənar prezident seçkiləri keçirilməlidir - Gürcüstan parlamentinin eks-spikeri

Siyasət Materials 26 Yanvar 2009 14:36 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 26 yanvar / Trend , müxbir N.Kirtsxaliya/ Parlamentin eks-spikeri Nino Burcanadze növbədənkənar prezident seçkiləri təyin olunacağı təqdirdə öz namizədliyini verib-verməyəcəyi barədə şərh verib. Birinci kanalın efirində, öz namizədliyini verib-verməyəcəyi haqda suala Burcanadze konkret cavab verməyib və buna səbəb kimi ilk mərhələdə müxalif qüvvələrin koordinasiya işinin qurulması və növbədənkənar prezident seçkilərinin keçirilməsinə nail olmağın vacibliyini göstərib.

Onun sözlərinə görə, iki dəfə prezident və iki dəfə parlamentin spikeri olmuş partiya liderinin prezidentliyə namizədliyini irəli sürməsinə heç bir narazılıq ola bilməz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti